Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarıb.
Aİ-nin rəsmi jurnalında yayımlanan sənəddə qeyd olunub ki, “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF” qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT-dən ayrılıb.
Eyni zamanda bu banklara avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.