AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili - "İranla Anlaşma Memorandumu tarixi hadisədir"

  • + A
  • - A
  • 17-03-2022, 07:38

    Millət vəkili - "İranla Anlaşma Memorandumu tarixi hadisədir"
    Milli Məclisin deputatı
    Məşhur Məmmədov


    Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökumətləri arasında imzalanmış Anlaşma Memorandumu tarixi hadisədir.

    Anlaşma Memorandumunda, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İran ərazisindən keçməklə, yeni dəmir və avtomobil yollarının, körpülərin, piyada keçidlərinin tikintisini, rabitə, enerji təminatı infrastrukturunun yaradılması nəzərdə tutulur.

    Qeyd etmək lazımdır ki, ötən 30 il ərzində Naxçıvan blokada vəziyyətində olub, yüklərin və sərnişinlərin daşınması əsasən İran vasitəsilə həyata keçirilib.

    Ermənilərin məkrli planları hər zaman bir çox məsələlərə mane olub. Məsələn, 1990-cı illərdə Ermənistan ərazisindən ixrac neft-qaz kəmərləri keçə bilərdi. Amma Ermənistanın işğalçılıq xisləti, “böyük Ermənistan“ xülyaları buna imkan vermədi. Ötən 30 il ərzində Ermənistan güclü ordu yarada bilmədi. Çünki iqtisadiyyat zəif olanda heç bir dövlət güclü ordu yarada bilmir.

    Bu gün Azərbaycanın inkişaf sürəti, iqtisadi müstəqilliyinin tam bərqərar olması ən əsası isə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə göstərdi ki, Prezident İlham Əliyev özünün də dediyi kimi, nəyi nə zaman və necə edəcəyini gözəl bilir. Həqiqətən də mürəkkəb geosiyasi şəraitdə inkişafın kökündə bir tərəfdən dövlətimizin başçısının qətiyyəti dayanırsa, digər tərəfdən ölkəmizin iqtisadi inkişafının durur. Yəni, Prezident İlham Əliyev bütün hallarda alternativlər taparaq Azərbaycanın kiminsə iradəsindən asılı olan deyil, alternativlər arasından seçim edən dövlətə çevirir. Belə olan halda, hər hansı layihə üzrə işləri dayandırmaq təhdidindən qurtulmaqla yanaşı, rəsmi Bakı layihəni kiminlə davam etdirəcəyi barədə müstəqil qərar verən diktəçəkən gücə çevrilir.

    Bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycanla İran arasında imzalanmış sənəd Ermənistana zərbədir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Ermənistanın Mehri rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması bütün region dövlətlərinin maraqlarına cavab verir. Dəhlizin açılması dalan ölkə olan Ermənistan üçün də faydalıdır. Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Təxminən bir il yarımdır ki, Ermənistan hakimiyyəti, buradakı ayrı-ayrı revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycana qarşı istifadə etməyə çalışaraq müəyyən şərtlər irəli sürür və yersiz bəyanatlar səsləndirirlər. Bu şərtləri qəbul etməyən qalib Azərbaycan isə qarşısına qoyduğu məqsədləri uğurla reallaşdırır.

    Bu yol əslində Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı xoş olmayan niyyətləri iflasa uğrayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR