AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bütün bərpa olunan enerji növlərinin istehsalı inkişaf etdiriləcək

  • + A
  • - A
  • 19-03-2022, 09:26

    Azərbaycanda bütün bərpa olunan enerji növlərinin istehsalı inkişaf etdiriləcək
    Məşhur Məmmədov,
    Millət vəkili


    15 martda Prezident İlham Əliyevin iştirakı ilə növbəti böyük bərpa olunan enerji layihəsinin - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. 230 meqavat gücündə olan bu stansiyanın icraçısı və sərmayədarı bir çox ölkələrdə uğurlu layihələri ilə tanınan Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətidir.

    Qaradağ GES Azərbaycanı yaşıl artım və bərpa olunan enerji mənbələrinin inkişafı baxımından regionun lider dövlətinə çevirəcək.

    “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ardınca Qaradağ Günəş Elektrik Stansiyasının inşasına başlanması ondan xəbər verir ki, Azərbaycanda bütün bərpa olunan enerji növlərinin istehsalı inkişaf etdiriləcək. Həm ölkənin iqlimi və təbii-coğrafi şəraiti, həm də ölkədəki iqtisadi mühit münbitdir və siyasi iradə müsbət proqnozlar söyləməyə rəvac verir. Həyata keçirilən meqalayihələr gələcəkdə Xəzər dənizinin bərpa olunan enerji potensialının reallaşdırılması perspektivlərini gündəmə gətirir. Son zamanlar Xəzər dənizində yaşıl hidrogen yanacağının istehsalı ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır.

    Azərbaycanda növbəti onillik üçün sosial-iqtisadi inkişafın beş Milli Prioriteti müəyyən edilib. Onlardan biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Bərpa olunan enerji mənbələrinin inkişafi təmiz ətraf mühit üçün zəruridir. Bu baxımdan bərpa olunan enerji mənbələri ətraf mühitin və ekologiyanın təmizliyinin qorunması üçün önəmlidir. Artıq dünyada yaşıl artım və yaşıl iqtisadiyyat konsepsiyaları meydana gəlib.

    Məhz Günəş Elektrik Stansiyasının sayını artırmaqla həm iqtisadi artıma və inkişafa nail olmaq, həm də ətraf mühiti qorumaq olar. Sadaladığım nüansları nəzərə alaraq Azərbaycan da mütərəqqi bir dövlət olaraq yaşıl artım ölkəsinə çevrilməyi növbəti onillikdə milli prioritet kimi müəyyənləşdirib və bu sahədə fəal işlər görür. Əminliklə demək olar ki, Azərbaycan yaşıl artım və bərpa olunan enerji mənbələrinin inkişafı meyarları baxımından da regionun lider dövlətidir.

    Xarici sərmayədarların ölkəmizdə bərpa olunan enerji layihələrinə qoşulması Azərbaycanda investisiya mühitinin cəlbediciliyini göstərir. Eləcə də, belə layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı yollarını şaxələndirməyə imkan yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR