AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Şəhid Famil Əlizadənin ailəsi ziyarət edilib

  • + A
  • - A
  • 25-03-2022, 23:09

    Masallıda Şəhid Famil Əlizadənin ailəsi ziyarət edilib


    Novruz bayramı ərəfəsində Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Əlizadə Famil Habil oğlunun ailəsini ziyarət edib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, ziyarət zamanı şəhid əsgər Famil Əlizadənin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

    Məlumat üçün bildirək ki, Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.

    Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri F.Əlizadə Füzuli rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Subay idi. 2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR