Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində "Tariximizi izlərindən öyrənək" mövzusunda ekskursiya təşkil olunub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Aprelin 7-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində Cəlilabad rayon 2 saylı tam orta məktəbinin 5-ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə "Tariximizi izlərindən öyrənək" mövzusunda ekskursiya təşkil edilib.
Belə ki, ekskursiya zamanı Muzeyin fond mühafizi Aytac Fərəcova və sözügedən məktəbin tarix müəllimi Tamella Məmmədova şagirdlərə qədim insanların əmək alətləri, bəzək əşyaları, arxeoloji qazıntılar zamanı aşkar edilmiş eksponatların tarixi, hansı məqsədlə istifadə edildiyi, tarixi əhəmiyyəti haqqında geniş məlumat verib.
Qeyd edək ki, məktəblilər verilən məlumatları diqqətlə dinləyib, maraqlarını çəkən eksponatlar barədə suallar veriblər.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva