Bakı şəhəri Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbdə “Şuşa İli” çərçivəsində ədəbi-musiqili gecə keçirilib.
Ədəbi-musiqili gecə Qafqazın mədəniyyət incisi olan Şuşanın 270 illiyinə həsr olunub.
Azadmedia.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi - Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Südabə Mədətova, müəllim heyəti, şagird kollektivi və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Südabə Mədətova iştirakçıların diqqətinə çatdırıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun sayəsində mədəniyyət paytaxtımız Şuşa şəhəri 28 illik erməni işğalından azad edildi. O bildirib ki, Şuşa şəhəri artıq əvvəlki kimi mədəniyyət festivallarına ev sahibliyi edir.
Tədbirdə iştirak edən məktəbin şagirləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnı oxuyub, rəqslər ifa ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib.