Qaradağ rayonu 274 saylı tam orta məktəbdə 18 oktyabr - "Müstəqilliyin Bərpası Günü" ilə bağlı tədbir keçirilib.
Məktəbdən
Azadmedia.az-a verilən məlumata görə, tədbirdə məktəbin direktoru Nəriman Mürsəliyev, Məktəbdənkənar və Sinifdənxaric işlər üzrə direktor müavini Südabə Mədətova, məktəbin müəllim heyəti, məktəbin şagird kollektivi iştirak ediblər. Tədbir məktəbin müəllimləri Rəsmiyyə Cəbrayılova, Şəfa Manıyeva və UBR Jalə Əhmədovanın təşkilatçılığı ilə təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə canını vətənin müstəqilliyi və suverenliyi uğrunda qurban verməkdən çəkinməyən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəriman Mürsəliyev "Müstəqilliyin Bərpası Günü"nün tarixi və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumat verib. Bildirib ki - "18 oktyabr.. Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən 30 il ötür. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bəli, Xalqımız 1991-ci ildən sonra ilk dəfədir ki, bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur."
Qeyd edək ki, şagirdlər Vətən mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə hər daim örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.