Düşmən Luqansk vilayətinə hücum edir, Donetsk vilayətində irəliləməyə çalışır.
Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Arestoviçin sözlərinə görə, rus ordusunun əsas məqsədi Xarkov vilayətinin İzyum şəhərindən uzaqlaşaraq Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərinə getməkdir:
"Onlar Luqansk vilayətinə hücum etməyə davam edir. Ruslar Popasnaya, Rubijne və Severodonetsk şəhərləri ərazisində hücum aksiyaları keçirməyə çalışır, lakin heç bir uğur əldə edə bilmir”.
O, həmçinin Mariupolda ukraynalı müdafiəçilərin son dərəcə çətin vəziyyətdə olduğunu xatırladıb:
"Mülki əhalinin və hərbçilərin yerləşdiyi "Azovstal" zavoduna işğalçılar ağır bombalar atır, onu artilleriyadan atəşə tutur və hücum üçün qüvvə və texnika cəmləşdirir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.