AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Çavuşoğlunun bu hərəkəti qəzəbə səbəb oldu - "Ermənistana gəlməsinə qadağa qoyulsun"

  • + A
  • - A
  • 25-04-2022, 17:41

    "Çavuşoğlunun bu hərəkəti qəzəbə səbəb oldu - "Ermənistana gəlməsinə qadağa qoyulsun"


    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Montevideodakı səfirliyinin təməlqoyma mərasimi ilə bağlı Uruqvayda olan zaman ermənilər etiraz aksiyası keçirirdi.

    Çavuşoğlunun etirazçılara gülərək "bozqurd" işarəsi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.

    Belə ki, ermənilər bunu özləri üçün təhlükə sayaraq, Çavuşoğlunun Ermənistana gəlməsinə qadağa qoymağa səsləyiblər:

    "Ermənistan Respublikasının "Əcnəbilər haqqında" Qanununa əsasən, dövlətimizin təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyan təşkilata mənsub olan şəxsin ölkəyə girişi əngəllənir. "Boz Qurdlar" təşkilatı Ermənistan və bütün ermənilər üçün qəbuledilməzdir. İllərdir ki, Ermənistan Respublikası belə statusda olan təşkilatlarla mümkün əlaqələri olan şəxslərin Ermənistana girişinə qadağa qoyub. Bu gün faktiki olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan Respublikasına daxil olmasına mane olmaq üçün bütün əsaslar var", - Ermənistan ordusunun Ehtiyat Zabitlər Birliyinin bəyanatında qeyd olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR