AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstan və Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

  • + A
  • - A
  • 27-04-2022, 11:52

    Qırğızıstan və Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir


    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Heç şübhəsiz, Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir.

    Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı.
    Cənab İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövlətlərlə münasibətlərin qurulmasıdır. Prezident İlham Əliyevin dəvəti ilə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki türk ölkəsi arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoydu.

    19-20 aprel 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının Azərbaycana rəsmi səfəri Azərbaycan və Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələsidir. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı. İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”u xüsusi vurğulamaq lazımdır.

    Müzakirə edilmiş məsələlər içərisində işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasında qardaş Qırğız Respublikasının iştirak etməsi gözləniləndir. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var.
    Məlum olduğu kimi kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən birididir. Əldə edilmiş razılaşmaya görə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

    Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

    Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib. Qoşulmama hərəkatı BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə tərəfdaş kimi fəaliyyət göstərmişdir.

    Qırğızıstan Respublikasının Azərbaycana səfəri iki qardaş türkdilli dövlətlər arasında yeni perspektivlərin açılması baxımından çox böyük əhəmiyyətə malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR