Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Agrarco” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Agrarco” MMC şirkətinin İdarə heyyətinin sədri Cavid Kazımov imzalayıb.
Bildirilib ki, şirkətin əsas məqsədi kadr seçimi, şimal-qərb zonasındakı fındıq bağlarına fəal aqronomları cəlb etmək, eyni zamanda tələbələr üçün təlimlər və gələcəkdə istehsalat təcrübəsində tələbələr üçün əlverişli şərait imkanları yaratmaqdır.
Tədbirdə ADAU-nun Elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Təcrübə və Karyera Mərkəzinin direktoru Gülnaz Əsgərova, “Agrarco” MMC şirkətinin Şimal-qərb regionunun direktoru Vüqar Mohumayev, Təşkilatı inkişaf meneceri Rəhim Mustafayev, Kommersiya direktoru Faiq Baxşıyev iştirak ediblər.
Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olmaq üçün yeni tədris korpusuna, müasir laboratoriyalarına, Mühəndislik korpusuna və tələbə parkına baş çəkiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.