AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib

  • + A
  • - A
  • 29-04-2022, 11:10

    Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib
    Azadmedia.az - 29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

    Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
    Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
    Telefon: +380 44 484 69 40
    Faks: +380 44 484 69 32


    Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

    Müraciətlərin qəbulu - 10:00-13:00
    Hazır sənədlərin verilməsi - 15:00-18:00


    Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

    Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

    Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR