Ermənistanda müxalifət qüvvələrinin təşəbbüsü ilə mitinq keçirilir.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa meydanında keçirilən aksiyalarda etirazçılar çadırlar qurmağa başlayıb.
"Bu gündən bu meydan xalqındır, bundan sonra Ermənistanda hakimiyyət xalqındır. Biz burada çadırlar quracağıq ki, gecələyə bilək", - İşxan Saqatelyan deyib.
Polis etirazçılara gecə qalmaq üçün çadır gətirməyə imkan verməməyə çalışır.
Qeyd edək ki, sabah Ermənistanda kütləvi etirazların yeni dalğasının başlanacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.