AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda seçiciləri ilə növbəti görüş keçirib - FOTO

  • + A
  • - A
  • 15-05-2022, 18:13

    Millət vəkili Məşhur Məmmədov Masallıda seçiciləri ilə növbəti görüş keçirib - FOTO

    Masallı şəhər 70 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Məşhur Məmmədov YAP Masallı şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib. Görüşdə millət vəkilinin köməkçisi Əli Nağıyev, Rəmzi Şahverdiyev, Hekayət Nəzərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edib.

    Azadmedia.az xəbər verir ki, hər həftə sonu mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən deputat, Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi budəfəki qəbulda 1 şəhid atası və 1 qazi olmaqla 14 nəfəri qəbul edib.

    Belə ki, vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini tam şəkildə dinləyib. Qeyd edək ki, dairənin vətəndaşları əsasən sosial şəratin yaxşılaşdırılması, əməliyyat və tibbi ehtiyaclarının təmin edilməsi, övladlarının təhsil problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

    Nəzərinizə çatdıraq ki, müraciətlər nəzarətə götürülüb, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi operativ şəkildə yerindəcə həllini tapıb.

    Millət vəkili M.Məmmədov həmçinin qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, nümayiş etdirdikləri yüksək mədəniyyət nümunələri hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır. Vətəndaşlarımızı qəbul edərək dinləməli və problemin həlli üçün bacardığımızı əsirgəməməliyik.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR