AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirib - FOTO

  • + A
  • - A
  • 16-05-2022, 08:44

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirib - FOTO

    Masallıda vətəndaşların növbəti qəbulu baş tutdu.

    Azadmedia.az - 13 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu keçirib.

    Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 30 nəfərə yaxın vətəndaş —Babayev Taleh Daxıl oğlu, Aslanov İlkin Elşən oğlu, Şahverdiyev Babakişi Babaxan oğlu, Şirinova Qıztamam Maqsud qızı, Fərəcov Nəbi Alış oğlu, Feyzullayev Şəfa Eynulla oğlu, İmanova Gülsənəm Feyzulla qızı, Şıxəliyev Fəzail Abı oğlu, Mehtiyev Təbiət Nadfir oğlu, Mirzəyev Röyal Ağamizzə oğlu, Quliyeva Xədicə Bəhmən qızı, Sahibov Şölət İman oğlu, Əliqulieva Şahnanaz Xanoğlan qızı, Əmirov Rafiq Tofiq oğlu, Əmirova İsmət Şərafət qızı, Rüstəmov Zakir Salman oğlu, Eyvazov Faiq Fərhad oğlu, Məmmədli Pərviz Faiq oğlu, Qarayeva Gülçöhrə Əşrəf qızı, Əliyev Kamran Abasqulu oğlu, Nəzirova Qəmərtac Asəf qızı, Salayeva Mehparə İsa qızı, Hüseynov Ələkbər Böyükağa oğlu və başqaları iştirak etmiş, əsasən maddi kömək, bələdiyyə və pay torpağı, 60 hektar çəltik sahəsində görülən işlər, torpaq münaqişəsi, icarə, həyətyanı torpaq sahəsi və sənədləşdirilməsi, ev problemi, iş ilə təminat, sahibkarlıq, pensiya, ünvanlı sosial yardım, boşanma və aliment, məhkəmə qərarı, əlil və ruhi xəstə uşaqlarına kömək olunması məsələsi, səhiyyə, xəstəlik bülletenində pul miqdarının hesablanması, əlillik dərəcəsini ala bilməməsi, nəvəsinin Türkiyəyə müalicəsi, özünəməşğulluqla və s. bağlı müraciətlər ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülüb.

    ƏLİHÜSEYN ŞÜKÜROV






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR