AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Volodin: “Azov” döyüşçüləri rusiyalı əsirlərlə dəyişdirilə bilməz

  • + A
  • - A
  • 17-05-2022, 14:33

    Volodin: “Azov” döyüşçüləri rusiyalı əsirlərlə dəyişdirilə bilməz


    Rusiya Dövlət Duması “Azovstal”ın müdafiəsində iştirak edən ukraynalı hərbçilərin dəyişdirilməsini qadağan etmək niyyətindədir.

    Bu barədə Dövlət Duması məlumat yayıb.

    Məlumata görə, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin müdafiə komitəsinə “Azov” alayının hərbi qulluqçularının mübadiləsini qadağan edən protokol hazırlamağı tapşırıb.

    “Nasist caniləri dəyişdirilə bilməz. Biz hər şeyi etməliyik ki, onlar məhkəmə qarşısında dayansınlar”, - Volodin bildirib.

    Qeyd edək ki, dünən Mariupoldakı “Azovstal” zavodunda olan ukraynalı yaralı hərbçilərin təxliyəsinə başlanılıb. Zavodun ərazisindəki 53 yaralı müalicə üçün separatçıların nəzarətində olan Novoazovsk şəhərindəki xəstəxanaya aparılıb. Məlumata görə, 200-ə yaxın ukraynalı hərbçi isə təslim olub. Ukrayna tərəfi onların rus əsirlərlə dəyişdiriləcəyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR