AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO

  • + A
  • - A
  • 18-05-2022, 13:48

    Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO


    Azərbaycan Televiziyasında yayımlanan VIII “Muğam” müsabiqəsində təsirli anlar yaşanıb.

    AzadMedia.az AzTV-yə istinadən xəbər verir ki, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

    Yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

    Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

    Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR