AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının “Ərkivan” futbol komandası AFFA-nın həvəskarlar liqasında dördüncü qələbəni qazanıb

  • + A
  • - A
  • 24-05-2022, 13:25

    Masallının “Ərkivan” futbol komandası AFFA-nın həvəskarlar liqasında dördüncü qələbəni qazanıb



    Masallının Qrup lideri “Ərkivan” (Masallı) FK-nın səfərdə növbəti qələbəsi

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, “Ərkivan” (Masallı) futbol komandası AFFA-nın həvəskarlar liqasında dördüncü inamlı qələbəsini qazanıb.

    Azərbaycan çempionatının həvəskarlar liqasında dördüncü turun görüşü mayın 22-də, Bakı şəhərindəki “ASK Arena”da baş tutub. Masallı təmsilçiləri “ROFM” (Bakı) ilə qarşılaşıb.

    ilk hissəni 2 top fərqi ilə məğlub başa vuran masallılar ikinci yarımhissədə tam üstünlüyü ələ almağı bacarıblar. Əflatun Məmmədovun rəqib qapısından keçirdiyi 4 top “Ərkivan”a növbəti qələbə sevincini yaşadıb.

    Beləliklə, “Ərkivan” FK Bakı futbolçuları üzərində 4:2 hesabi ilə qalib gələrək “B” qrupunda 12 xalla liderliyini qoruyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR