AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ağıllı kənd" - ÖZƏL

  • + A
  • - A
  • 30-05-2022, 22:01

    "Ağıllı kənd" - ÖZƏL

    Zəngilan rayonunun Ağalı kəndində may ayının 27-də "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu.
    Bu açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər, burada qurulmuş şəraitlə tanış olmuşlar.

    Daha sonra isə cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə görüşüblər.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə çıxış etmiş və demişdir:" Əziz dostlar,ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm.Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günündə biz sizinlə Ağalı kəndində dirçələn Ağalı kəndində görüşdük.Bunun çox böyük rəmzi mənası var.Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılıdır."
    Dövlət başçısı çıxışına davam edərək bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyi bu gün möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Şanlı Qəbələ qazandıq, tarixi Qələbə qazandıq.Bunun nəticəsində biz düşməni diz çökdürdük və bunun nəticəsində biz bu gün buradayıq.
    Biz müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük və mühüm işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır.Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır.Biz iqtisadi cəhətdən də müstəqilik,bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil.Ancaq biz tam müstəqilik,heç kimdən asılı deyilik,öz həyatımızı özümüz qururuq və heç bir yardıma kreditə ehtiyacımız yoxdur.Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.Məhz iqtisadi müstəqillik nəticəsində Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərindən birinə çevrilib.Bunu biz etmişik,öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işləri aparırıq.

    Nahidə Abuşova – Masallı rayon Böyük Xocavar kəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR