Mayya şəhərinin xarabalıqları aşkar edilib
Meksikada arxeoloqlar sarayları, piramidaları və meydanları olan qədim Mayya şəhərinin xarabalıqlarını tapıblar.
Bu barədə “Qardian” nəşri məlumat yayıb.
Dağıntılar Yukatan yarımadasında Merida şəhəri yaxınlığında sənaye parkının yaradılması üzrə işlərin aparıldığı tikinti sahəsində aşkar edilib.
Tikililərdə 7-10-cu əsrlər klassik Mayya dövrünə xas olan puuk (mərkəzi Uşmal şəhəri olan Mayya memarlıq məktəbinə aid tərz) memarlıq üslubu aşkarlanıb.
Arxeoloq Karlos Perazanın sözlərinə görə, tapılan şəhərdə 4 min nəfər yaşayıb.
Kult.az
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR