2017-ci ildə bildirmişdim ki, 5 il sonra krizis başlayacaq. Bu, 2022-ci ilə təsadüf edir.
Bu sözləri Kult.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib.
“Artıq proqnozum özünü doğruldur, bu gün dünya dövlətləri böhran ərəfəsi həyəcan siqnalı verirlər. bahalaşma, inflyasiya artımı, yoxsulluğun artması bütün dünyada müşahidə edilir”, - ekstrasens qeyd edib.
Z.Rzayev böhranın aclığa gətirib çıxarmayacağını bildirib:
“İqtisadi böhranın ən ağır dönəmi 2022-2023-cü ildir. Aclıq yox, amma qıtlıq olacaq. İnsan elə bir məxluqdur ki, hər yola əl atacaq. Ot da olsa, yeyib yaşayacaq”.
Z.Rzayev “Moskva” kreyserinin məhv edilməsini də əvvəlcədən proqnozlaşdırdığını xatırladıb:
“Bu il yanvarın 7-də Rusiya gəmisinin partlayacağını demişdim və bu, baş verdi.
O ki qaldı Ukraynadakı proseslərə, yalnız bir sözü deyə bilərəm: Qara dəniz Rusiyanın tam nəzarətinə keçəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.