AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, bu dostluğun çox dərin kökləri var

  • + A
  • - A
  • 5-06-2022, 14:46

    Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, bu dostluğun çox dərin kökləri var
    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, din birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır.

    Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər, sevincli, kədərli günlərini birgə paylaşıblar.


    Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə sülhün bərqərar olması işinə öz töhfəsini verməkdədir.
    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləməsi, Azərbaycanın haqlı savaşında hər zaman yanında olduqlarını açıq şəkildə deməsi bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılansa da, haqq-ədalətin qalib gələcəyinə inamımızı daha da artırdı. Türkiyə Prezidenti bu məsələylə bağlı verdiyi çox açıq və sərt bəyanatları, mesajları ilə bir daha Azərbaycanın öz haqq işində yalqız olmadığını göstərdi. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildirməklə ən çətin anlarımızda dost etibarını növbəti dəfə nümayiş etdirdi.
    44 günlük Vətən müharibəsi göstərdi ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Haqlı savaşımızda Azərbaycanın Rəşadətli Ordusunun əldə etdiyi qələbə və aparılan hərbi əməliyyatlar həm texniki imkanlar , eyni zamanda operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından hazırda bütün dünyada öyrənilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, yeni nəsil müharibə üsuludur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Və bu müharibə ölkəmizin hərbi gücünü, qəhrəmanlıq nümayiş etdirən Müzəffər Ordumuzun nəyə qadir olduğunu dünyaya nümayiş etdirməyi bacardı. Təbii ki, bu ordunun güclü olması üçün illər sərf edilib.
    Ən əsası, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Qardaş ölkə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında, Şuşada və Cıdır düzündə keçirilən tədbirlərdə iştirakı, həmçinin müstəqillik tariximizin yaddaşına əbədi həkk olunmuş tarixi Şuşa Bəyannaməsini imzalayaraq, iki ölkənin bundan sonra da yüksələn xətlə ancaq irəliyə gedəcəyinin əyani təzahürüdür.
    Prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında önəmli mesajlar verdi. Dost ölkənin başçısı Şuşa Bəyannaməsinin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğuladı. İki ölkə arasında enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı: “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”.
    Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak etməsi göstərdi ki, həmişə Türkiyə və Azərbaycan bir yerdədir. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük.
    TESKNOFEST festivalı bizim birliyimizin növbəti nümayiş və təzahürüdür. Festivalın açılışında Azərbaycan Prezidentinin “Teknofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır fikrinin söyləməsi dünyaya mesaj oldu ki, Azərbaycanla Türkiyə yalnız dost deyil, müasir hərbi texnikaya, məsafədən və kosmosdan idarə oluna bilən texnologiyalar malik olan güc mərkəzləridir.Festivalda təşkilatçı kimi çıxış edən Türk və Azərbaycan mütəxəxsisləri bir neçə gün bərabər olaraq Türkiyə və Azərbaycan arasında yeni dostluq əlaqələri yaratdılar bir-birini daha yaxın tanıdılar və bununla da gələcəkdə daha sıx texniki əməkdaşlıq etməyin təməli qoyuldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR