Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq
3. Binəqədi şossesində - Biləcəi-Baksol yolu ilə kəsişmədən –mərkəz -Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
5. Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək sıxlıq
6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
7. Tbilisi prospektində, 20 yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq
8. Şəfayət Mehdiyev küçəsində Tbilisi prospektinə çıxan hissədə sıxlıq
9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq
10. Heydər Əliyev prospektində - Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq
11. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq
12. Ağa Neymətulla küçəsində, Heydər Əliyev prospekti ilə kəsişmədən Nərimanov metrosu istiqamətində sıxlıq
13. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq
15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq
16. Şəmsi Bədəlbəyli küçəsində Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə ksəişməyədək sıxlıq müşahidə olunur.