AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının əsas yollarında yenə TIXAC var

  • + A
  • - A
  • 23-01-2023, 08:42

    Bakının əsas yollarında yenə TIXAC var


    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq olan yolların siyahısını açıqlayıb.

    Mərkəzdən verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

    1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

    7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    9. Zərifə Əliyeva küçəsində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

    12. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;

    13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    14. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

    15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR