AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

14№li tam orta məktəbin şagirdləri Bakı Limanında keçirilən “Qadınlar STEM-də” Festivalında iştirak ediblər - FOTOLAR

  • + A
  • - A
  • 28-01-2023, 20:55


    14№li tam orta məktəbin şagirdləri Bakı Limanında keçirilən “Qadınlar STEM-də” Festivalında iştirak ediblər - FOTOLAR



    14№li tam orta məktəbin şagirdləri Bakı Limanında keçirilən “Qadınlar STEM-də” Festivalında iştirak ediblər.

    Azadmedia.az xəbər verir ki, 28 yanvar, 2023-vü il tarixdə “QadinFest” və “Women in Tech” platformalarının təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin iştirakı ilə Bakı Dəniz Vağzalı nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı Festival keçirilib.

    Sual olunur.. - Festival nə üçün “Qadınlar STEM-də” adlanır? Bilirik ki, bu sahədə həm kişi, həm də qadın mütəxəssislər var və çalışırlar.
    Festivalın qapıları hər kəs üçün açıqdır. Lakin, nəzərinizə çatdırmaq istərdik ki, qadınlar bu sahədə cəmi 30% təmsil olunurlar. Ona görə festival öz adı ilə bu suala diqqət çəkilməsi məqsədi daşıyır.

    Belə ki, 14№li tam orta məktəbin şagirdləri Bakı Limanında keçirilən “Qadınlar STEM-də” Festivalında olduqca aktiv iştirak ediblər.

    Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri barədə ətraflı məlumat verib. Maraqlı spikerlərin səmimi və möhtəşəm çıxışları olub. Festival çərçivəsində əmək yarmarkası keçirildiyindən xeyirli tanışlıqlar və işə düzəlmə imkanları yaranıb. Tədbirdə həmçinin rəsmi şəxslərin qeyri-rəsmi nitqlərini dinləmək və festival iştirakçılarını maraqlandıran sualları vermək imkanları olub. Bundan əlavə, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub.

    Tədbirin təşkil olunmasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Limanı, BP, SOCAR, “SOCAR CAPE”, “Always”, “Developia”-nın rolu olub.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR