Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.
Politico internet saytında yer alan xəbərə görə, Birliyin icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası təhlükəsizlik səbəbilə işçilərinə sosial media tətbiqi TikTokdan istifadəni qadağan edib.
Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.
Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Çin texnologiya firmasına məxsus TikTok bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.
ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.