Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, kömür sexində partlayış olub, 2 nəfər ölüb.
Hadisə Vurğun qəsəbəsində qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.