İranın heç bir nüvə obyekti hərbi hücumdan sığortalanmayıb və lazım gəldikdə məhv ediləcək.
Azadmedia.az xəbər verir ki, bu sözləri İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Zaçi Heneqbi deyib.
Belə ki, “İranın nüvə problemini heç vaxt hərbi yolla həll etmək məcburiyyətində qalmayacağıq. Ancaq başqa variant olmadığı halda nüvə proqramının qarşısını almaq üçün istənilən varianta hazırıq. İranın nüvə obyektlərinə hərbi hücumdan başqa yol olmadığı qənaətinə gəlsək, İsraildə hər bir lider belə bir hərəkət üçün cəmiyyətin dəstəyini qazanacaq”, - deyə o bildirib.
Xatırladaq ki, İran Zaqros dağ silsiləsində məhv edilməsinin çətin olduğu iddia etdiyi yeraltı nüvə obyekti tikdiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.