AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında şəxsən iştirak edəcək

  • + A
  • - A
  • 25-05-2023, 14:17

    Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında şəxsən iştirak edəcək

    Azərbaycan prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında şəxsən iştirak edəcək, Özbəkistan və Tacikistan liderləri Şavkat Mirziyoyev və Emoməli Rəhmon da tədbirdə iştirak edəcək, lakin videobağlantı vasitəsilə. Azadmedia.az TASS-a isrinadla xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    "Bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Heydəroviç Əliyevin görüşdə qonaq qismində iştirak etməsi vacibdir", - Peskov bildirib.

    Kreml sözçüsü əlavə edib ki, “bundan əlavə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emomali Rahmon da videobağlantı vasitəsilə qoşulacaqlar”.

    Qeyd edək ki, İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin şəxsi dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.

    Bu səfər çərçivəsində Azərbaycan dövlətinin başçısı Vladimir Putinlə ayrıca görüş keçirəcək, daha sonra Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR