Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya birbaşa uçuşlara start verir.
Azadmedia.az xəbər verir ki, uçuşlar mayın 30-dan başlayacaq.
Belə ki, 100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə - çərşənbə axşamı Permdən Bakıya uçacaq.
Qeyd edək ki, "Bolşoye Savino" hava limanının cədvəlinə uyğun olaraq, Permdən Bakıya uçuş proqramı oktyabrın 24-dək nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.