AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyevin sözünün çəkisi Azərbaycana prezident olmadığı illərdə də Azərbaycanı təmsil edərkən, Azərbaycana prezidentlik edən şəxslərin sözünün çəkisindən ağır olmuşdur.

  • + A
  • - A
  • 29-05-2023, 09:30

    Heydər Əliyevin sözünün çəkisi Azərbaycana prezident olmadığı illərdə də Azərbaycanı təmsil edərkən, Azərbaycana prezidentlik edən şəxslərin sözünün çəkisindən ağır olmuşdur.

    Müstəqilliyin əldə olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, təkcə onun qorunması deyil. 1918-ci ildə əldə olunan müstəqillik çox qısa zaman, təxminən 2 ilə yaxın davam edib, müstəqilliyi əldən verdikdən dərhal sonra doğma Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib. 1991-ci ildə isə müstəqillik əldə edilməyib, tarixi şərait nəticəsində müstəqil olmuşuq, əgər Heydər Əliyev xalqın xahişiylə yenidən hakimiyyətə gəlməsəydi, 1991-ci ildən 1993-cu ilə qədər olan, almadığımız, bizə verilən müstəqillik Rəsulzadə dönəmindəki kimi yenə də 2 il davam edəcəkdi, ilk dəfə müstəqil olanda Zəngəzur Ermənistana verilmişdi, bu dəfə isə artıq bütöv Qarabağ Ermənistana verilmişdi, təkcə hansısa ölkənin müstəmləkəsi olmağımız qalmışdı, o da yaxın zamanlarda reallaşacaqdı. Tarixin təkrarlanmasının qarşısını Heydər Əliyev aldı, təkcə müstəqilliyin qorunmasını deyil, əldə olunan müstəqilliyi də onun adına bağlamaq daha ədalətli olar. Buradan da asanlıqla anlamaq olur ki, müstəqilliyi qorumaq, onu əldə etməkdən qat-qat çətindir. 1991-ci ildə əldə olanan müstəqillik çox təhlükəli idi, o zaman bütöv Azərbaycanın işğal təhlükəsi var idi, hansı müstəqillikdən danışmaq olar, müstəqillikdən danışanda, Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olan illəri, 1993-cu ildən bu yana olan illər nəzərdə tutulmalıdır, müstəqillikdən sonra müstəqillik göz bəbəyi kimi qorunub, itirilməyib, torpaq verilməyib, torpaq alınıb, Azərbaycan xalqı bütün bunları bilməlidir, bilir, o zaman Azərbaycanın hansısa ölkənin müstəmləkəsi olmağına çox az qalmışdı, ümummilli lider Heydər Əliyev ölkəni xilas etməyə razılıq verməsəydi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün böyük işlər görüb, öz həyatını təhlükəyə atıb, dəfələrlə ölüm və real həbs olunmaqla üz-üzə qalmış, repressiya şəraitində yaşamışdır. Nəzərə alsaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqillik əldə etməsi uğrunda əvəzsiz xidmətləri olub, 30 ildir ki, məhz onun siyasəti sayəsində bu müstəqillik göz bəbəyi kimi qorunur saxlanılır, vicdanımızın rahat olması üçün, müstəqilliyimizi dahi şəxsiyyət Heydər Əliyevin adına bağlamalıyıq. Heydər Əliyev stabil müstəqil ölkəninin rəhbəri olmadı, xaos, vətəndaş müharibə olan "müstəqil" ölkənin rəhbəri oldu, ölkəni xilas etməkdən ötrü. Azərbaycanın o vaxtkı prezident bu barədə heç bir iş görməmişdir, Heydər Əliyevin sözünün çəkisi Azərbaycana prezident olmadığı illərdə də Azərbaycanı təmsil edərkən, Azərbaycana prezidentlik edən bütün şəxslərin sözünün çəkisindən ağır olmuşdur. Bir çox tutarlı faktlar ortaya qoymaq olar ki, müstəqilliyin əldə olunmasında Heydər Əliyevin zəhmətinin hamıdan çox olduğunu sübuta yetsin. Müstəqillik Günü münasibətilə hər kəsi təbrik edirəm. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Yaşasın güclü, müstəqil Azərbaycan.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR