AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalist Ceyhun Rzayev intihar anonsu verdi - DİN-dən AÇIQLAMA

  • + A
  • - A
  • 6-06-2023, 10:21

    Jurnalist Ceyhun Rzayev intihar anonsu verdi - DİN-dən AÇIQLAMA


    ATV-nin jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib.

    Tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər.


    İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.

    C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.

    Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib:

    "Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR