AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib

  • + A
  • - A
  • 14-06-2023, 13:04

    Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib


    2023-cü ilin yanvar-may aylarında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, alıcılar aldıqları mallara xərclədiyi vəsaitin 52,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

    2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq məhsul satılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR