AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ”ın ÇL-dəki rəqibi məlum oldu - YENİLƏNİB

  • + A
  • - A
  • 20-06-2023, 17:25

    “Qarabağ”ın ÇL-dəki rəqibi məlum oldu - YENİLƏNİB


    Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

    Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.


    Qurban Qurbanovun yetirmələri bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

    Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

    ***09:57

    Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

    UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada birinci mərhələnin 15 cütü müəyyənləşəcək.

    Yarışa bu mərhələdən qatılacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinəcək. Q.Qurbanovun komandası "səpələnmişlər" səbətində yer alacaq. Ağdam klubunun potensial rəqibləri "səpələnməmişlər" səbətinə daxil olan aşağıda adları qeyd edilən komandalardan biri olacaq:

    “Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də 4 komandanın - (“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino) və “Atletik”in (Andorra) iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.

    Qeyd edək ki, bu səbətdə Ermənistan çempionu da yer alıb. Amma UEFA-nın qərarına əsasən, Azərbaycan və Ermənistan komandaları bir-birinə rəqib ola bilməzlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR