AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Egeyə qədər radar məlumatlarına sahib olacaq

  • + A
  • - A
  • 23-06-2023, 13:29

    Azərbaycan Egeyə qədər radar məlumatlarına sahib olacaq

    Türkiyə və Azərbaycan hava məkanına nəzarət etmək üçün birgə sistem tətbiq edəcək.

    Bunu Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün deyib.

    O, HAKİM adlı Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsindən bəhs edib: "Bu yolla hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edəcək. Türkiyə və Azərbaycan HAKİM sisteminə keçəndə təbii ki, ortaq bir sistem olacaq.

    Azərbaycandakı bir radardan əldə edilən radar izi məlumatları Azərbaycandakı HAKİM vasitəsilə Türkiyəyə ötürülə biləcək və ya əksi də mümkün olacaq. Nəticədə Egeydən Xəzərə qədər geniş bir ərazidə radar məlumatları HAKİM-də əks olunacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR