Bakı, 25 iyun — Azadmedia.azAzərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və birinci vitse-prezidenti akademik Arif Həşimov “Heydər Əliyev ili” çərçivəsində Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutu rəhbərliyi və institutun gəncləri ilə görüşdə olublar.
Azadmedia.az xəbər verir ki, toplantıda Elmi-Tədqiqat İnstitutunun rəhbəri Prof. İbrahim Cəfərov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, birinci vitse-prezident Arif Həşimov, institutun pedaqoji kollektivi və gənc tədqiqatçılar iştirak ediblər.
Belə ki, Bitki mühafizə və Texniki bitkilər ETİ- da Ümummilli lider Heydər Əliyev ili çərçivəsində keçirilən görüşdə qonaqlar və institutun gəncləri arasında elmin inkişafı ilə bağlı məsələlər müzakirə edilib, aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi aparılıb.
Elmi-Tədqiqat İnstitutunun rəhbəri Prof. İbrahim Cəfərov, AMEA prezidentinin instituta gəlişini tarixi hadisə kimi dəyərləndirərək, akademiklərə təşəkkürünü bildirib.