AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Leyla Abdullayeva Fransada AzTV əməkdaşlarına edilən hücumdan YAZDI

  • + A
  • - A
  • 29-06-2023, 16:48

    Leyla Abdullayeva Fransada AzTV əməkdaşlarına edilən hücumdan YAZDI


    Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarına hücumu qınayıb.

    O, bu barədə tviter hesabında yazıb.

    "Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək", - xanım diplomat qeyd edib.

    Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR