Ermənistanda “Armsat-1” peyk idaretmə mərkəzi yaradılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, peyk əvvəllər İspaniyanın "Satlantis" şirkəti tərəfindən idarə edilib. Paralel olaraq orada erməni mütəxəssislər hazırlanıb. Artıq sözügedən peykin Ermənistandan idarə oluna biləcəyi bildirilib.
Qeyd edək ki, ölkənin yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bildirib ki, peykin fəaliyyətə başlaması ilə Ermənistanda ən azı 2030-cu ilə qədər kosmik sənaye şirkətlərinin fəaliyyəti ƏDV-dən azad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.