İyulun 10-da NATO sammitindən əvvəl hakerlər Litvanın paytaxtı Vilnüsdə bəzi internet səhifələrinə hücum ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.
Qeyd edək ki, hücumlar nəticəsində bəzi saytlar işləməyib.
Hətda bir gün əvvəl Milli Mərkəzə daha iki kiber hadisə barədə məlumat daxil olub, o zaman regional radiostansiyanın və şəhərin ticarət mərkəzlərindən birinin işində yaranan fasilələr nəticəsində efirdə dezinformasiya xarakterli mesajlar yayılıb.
Mərkəz yayılan dezinformasiyanın mahiyyətini dəqiqləşdirmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.