AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TEKNOFEST paytaxt Ankara sona çatdı - KİV

  • + A
  • - A
  • 4-09-2023, 20:13

    TEKNOFEST paytaxt Ankara sona çatdı -[justify]
    Cümhuriyyətin 100-cü ildönümündə paytaxt Ankarada ilk dəfə təşkil edilən və vətəndaşların böyük marağına səbəb olan dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı TEKNOFEST sona çatdı.
    30 avqust-3 sentyabr tarixləri arasında Etimesgut hava limanında keçirilən festival 125 qurumun iştirakı ilə həyata keçirilib.
    Tam müstəqil Türkiye üçün “Milli Texnologiya Hərəkatı” baxışı ilə təşkil edilən TEKNOFEST milyonlarla insanı bir araya gətirdi.
    Tədbirdə ''Türk Yıldızları'', SOLOTÜRK, HÜRKUŞ, GÖKBEY, AKSUNGUR, ''Bayraktar TB2'', ''Jandarma Çelik Kanatlar'', ''Akıncı'', ATAK helikopteri və ANKA nümayiş etdirilib.
    5 gün davam edən festivalı Prezident Rəcəb Tayyib Ərdoğan və nazirlər başda olmaqla iqtisadiyyat, siyasət və iş dünyasının nümayəndələri ziyarət ediblər.
    TEKNOFEST rəhbərliyinin verdiyi açıqlamaya görə, TEKNOFEST-i 943 min insan ziyarət edib.
    Qeyd edək ki, növbəti TEKNOFEST 27 sentyabr-1 oktyabr tarixləri arasında İzmirdə keçiriləcək.TRT[/justify]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR