ABŞ-da hökumətin bağlanması ukraynalı hərbçilərə təlimlərin keçilməsinə və Ukraynanın dəstəklənməsinə təsir göstərməyəcək.
Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib. Qeyd olunub ki, sözügedən yardımlar hətta Konqresin böyük ehtimal ki, qarşıdakı günlərdə xərclər haqqında qanun layihəsini qəbul etmədiyi təqdirdə belə davam edəcək.
Qeyd edək ki, ABŞ hökumətinin xərcləri sentyabrın 30-da gecə saat 12:00-da başa çatır və həmin tarixədək Konqres oktyabrın 1-dən başlayacaq yeni fiskal il üçün dövlət xərclərini təsdiqləməlidir. Konqresi xərcləri təsdiqləmədiyi təqdirdə federal hökumət bağlanacaq və bir çox hökumət xidmətləri dayanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.