AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirildi - Türkiyə MN

  • + A
  • - A
  • 2-10-2023, 15:05

    İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirildi -


    İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

    Belə ki, bildirilib ki, terrorçuların İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrindəki hədəflərinə qarşı hava hücumları həyata keçirilib. Nəticədə içərisində xeyli terrorçuların yer aldığı mağara, sığınacaq, depolar olmaqla, ümumilikdə 20 hədəf məhv edilib. Tək bir terrorçu qalmayanadək əməliyyatlar davam edəcək.

    Həmçinin açıqlamada vurğulanıb ki, bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə ziyan dəyməməsi üçün bütün tədbirlər görülüb.

    Qeyd edək ki, daxili işlər naziri Ali Yerlikaya İstanbul və Kırklarelidə separatçı terror təşkilatına qarşı 26 ünvanda keçirilən əməliyyatlarda 20 nəfərin saxlanıldığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR