Fələstin-İsrail müharibəsinə baxmayaraq, London Kiyevə dəstəyini dayandırmayacaq. Azadmedia.az Böyük Britaniyanın Baş nazirinin dəftərxanasının yaydığı məlumata istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın hökumət başçısı Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.
Belə ki, “Baş nazir Rişi Sunak Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində Böyük Britaniyanın uzunvədəli və sarsılmaz öhdəliyini qeyd edib. O, Yaxın Şərqdəki müharibənin bunu dəyişməyəcəyini vurğulayıb”, - deyə Baş nazirin dəftərxanasından bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.