Fələstin-İsrail münaqişəsinin gərginləşməsi təhlükəsi ABŞ-da real olaraq qəbul edilir. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib. Belə ki, "Qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük, hazırda münaqişənin regiona yayılmaması üçün regionun digər ölkələri ilə işləyirik, lakin bu təhlükə realdır", - deyə o bildirib.
Həmçinin o vurğulayıb ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin qızışmasının qarşısını almaq üçün ciddi, sistemli və davamlı addımlar atır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.