AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Komissiyasının sədri Qərbi Balkan regionu ölkələrinə səfər edib - KİV

  • + A
  • - A
  • 31-10-2023, 19:45

    Avropa Komissiyasının sədri Qərbi Balkan regionu ölkələrinə səfər edib -



    Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Qərbi Balkan regionu ölkələrinə səfər edib.

    Azadmedia.az xəbər verir ki, Ursula Fon der Lyayenin Podqoritsada Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşündə Avropa İttifaqının genişlənmə planı və region ölkələrinin Aİ-yə inteqrasiyası prosesi müzakirə edilib. O, Monteneqronun regionda Avropa İttifaqına üzvlük yolunda ən yaxın ölkə sayıldığını bildirib, Aİ-nin Qərbi Balkan ölkələri üçün 6 milyard avroluq yardım paketi nəzərdə tutduğunu deyib.
    Belə ki, Ursula Fon der Lyayen səfər çərçivəsində ötən gün Skopyedə Şimali Makedoniya Prezidenti Stevo Pendarovski və Baş nazir Dimitar Kovaçevski ilə görüşüb. Görüşdə Şimali Makedoniya şirkətlərinin Aİ fondlarına çıxışı və Qərbi Balkan ölkələri üçün yeni İnkişaf Planına dair müzakirələr aparılıb. Vurğulanıb ki, Şimali Makedoniya 2030-cu ilədək Avropa İttifaqına tamhüquqlu üzv olmağı hədəfləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR