AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Ukrayna barədə Bəyanat yaydı

  • + A
  • - A
  • 1-11-2023, 18:20


    BMT Ukrayna barədə


    Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakin həlak olub, 10 milyon insan isə yurd-yuvalarından didərgin düşüb.
    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyət müzakirə edilib. Belə ki, İclasda üzv ölkələri məlumatlandıran BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Cenevrə nümayəndəsi və əlaqələndirmə bölməsinin direktoru Rameş Rajasinqham Ukraynada humanitar yardıma ehtiyac olduğuna diqqət çəkib.
    Həmçinin Rameş Rajasinqham qeyd edib ki, Ukraynada təxminən 18 milyon insanın yardıma ehtiyacı var.
    10 milyon insanın ölkə daxilində və xaricində didərgin olduğunu bildirən Rameş Rajasinqham müharibə nəticəsində 9900 dinc sakinin öldürüldüyünü bildirib.
    Həqiqi rəqəmlərin daha yüksək ola biləcəyi ilə bağlı xəbərdarlıq edən Rameş Rajasinqham deyib: "Müharibə davam etdikcə ətraf mühit humanitar yardım təşkilatları üçün çox daha təhlükəli hala gəldi. Müharibə başlayandan bəri 14 humanitar yardım işçisi öldürülüb''.
    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, müharibə başlayandan bəri səhiyyə müəssisələrinə 1300 hücum edildiyini bildirən Rameş Rajasinqham 111 tibb işçisi və xəstənin öldürüldüyünü qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR