Ukrayna Krım nümayəndələrinin Türkiyəyə səfərinin statusu ilə bağlı Türkiyə tərəfdən rəsmi izahat istəyib.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
Qeyd edək ki, “Biz bu vəziyyəti son dərəcə ciddi qəbul edirik. Ukrayna Xarici İşlər Nazirliyi artıq Rusiya işğalçı administrasiyası nümayəndələrinin səfərinin statusu ilə bağlı Türkiyə tərəfdən rəsmi izahat istəyib”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.