AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Müdafiə Nazirliyi sistemində Azərbaycan modelinin tətbiqi nəzərdə tutulur - KİV

  • + A
  • - A
  • 2-11-2023, 19:04

    Bu ölkə Müdafiə Nazirliyi sistemində Azərbaycan modelinin tətbiqi nəzərdə tutulur -



    Gürcüstan parlamenti ölkənin yeni Müdafiə Məcəlləsinə dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Azadmedia.az xəbər verir ki, yeni qanun 79 səslə qəbul edilib. Qanun layihəsində Müdafiə Məcəlləsinin keçid normasının dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, həmin dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən hərbi qeydiyyata alınma, çağırışçıların milli hərbi xidmətinin və səfərbərlik zamanı ehtiyatda olanların hərbi xidmətinin təşkili ilə bağlı məsələlər mərkəzləşdirilmiş qaydada, vahid sistemdə həyata keçiriləcək. Bunun üçün Gürcüstan Müdafiə Nazirliyi sistemində Azərbaycan Respublikasında yaradılmış publik hüquqi şəxs modelinin tətbiqi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR