Bakı, 3 noyabr — Azadmedia.az
FƏXRƏDDİN ALTUN TÜRKİYƏ RESPUBLİKASININ YARANMASININ 100-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ MƏQALƏ YAZIB
Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə “İstiqlaliyyətdən İstiqbala Türkiyə Əsrı” başlıqlı məqalə yazıb.
F.Altun məqaləsində qeyd edib ki, türk milləti 100 il əvvəl Anadolu torpaqlarında 900 illik varlığını tarixə gömmək istəyənlərə qarşı Çanaqqalada və ya Kut əl-Əmara-da olduğu kimi uzun müddət davam edən savaşlardan sonra son bir cəhdlə milli mübarizəyə başlayıb və zəfər qazanıb. Müstəqillik ruhu ilə qurulan Türkiyə Cümhuriyyəti öz daxilində bir çox mərhələ və mübarizəni ehtiva edən, istiqlal mübarizəsini zəfərə çatdıran birlik və bərabərlik ruhunun böyük bir əsəridir.
Türkiyə Cümhuriyyətinin yaradılmasının elan edilməsi ilə təhsildən iqtisadiyyata qədər hərtərəfli bir canlanma dövrünün başladığına diqqət çəkən F.Altun Türkiyəni dünyada qürurlandıran bir çox uğurlarının təməlinin məhz bu dövrdə atıldığını, türk millətinin və türk dövlətinin kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, nəqliyyat, demokratik hüquq və azadlıqlar və millətin həyat səviyyəsini yüksəldəcək bir çox sahədə öz ayaqları üzərində durmaq üçün sözün əsl mənasında səfərbər olduğunu vurğulayıb: “Millətimiz keçmişdən bu yana bir çox çətinliklərdən, böyük maneələrdən bir-bir keçərək Cümhuriyyətimizi qürurla 100 illiyinə çatdırdı. Son 20 ildə isə Türkiyənin istiqlaliyyət və istiqbal mübarizəsini sahiblənmiş millətimizin alın tərinin, göstərdiyi səylərin və fədakarlıqların qarşılığını layiqincə vermək üçün Cümhuriyyətin əsrlik keçmişindəki qazanmışlıqlar və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu yanaşma ilə yeni əsrin qapıları açıldı. Ölkəmizi hədəflərinə və millətimizi arzularına çatdırmaq, böyük və qüdrətli bir Türkiyə qurmaq üçün hər sahədə çoxlu inqilabi işlər, xidmətlər, investisiyalar həyata keçirildi. Bu kontekstdə ilk növbədə milli iradə gücləndirildi və demokratiya kökləndi.
Əziz xalqımızın vətənimizdə təhlükəsiz yaşaması təmin edilməklə, xalqımızın bu gününü əmin-amanlıq içində yaşaması, gələcəyinə ümidlə baxması təmin edildi. Üstəlik ölkə daxilində infrastruktur investisiyalarının da töhfəsi ilə istehsal və məşğulluq sahəsində əldə edilən irəliləyişlər sayəsində iqtisadiyyat inkişaf etdirilərək, ölkəmizin bütün fərdləri ilə birlikdə zənginləşməsi təmin edildi. İstehsalın genişləndirilməsi ilə sənayedən kənd təsərrüfatına qədər bütün sahələrdə məşğulluğa çıxış asanlaşdırıldı. “İnsanları yaşat ki, dövlət yaşasın” anlayışı ilə sosial dəstəklər artırıldı, ehtiyac sahibi olan bütün vətəndaşlarımıza qucaq açıldı. Digər tərəfdən, Prezident Administrasiyası Hökumət Sisteminin tətbiqi ilə dövlət mexanizmində iki əsrlik axtarışlara cavab verəcək böyük islahat həyata keçirildi. Fəal və hərəkətə keçən təhlükəsizlik siyasəti ilə sahibkarlıq və humanitar xarici siyasət yanaşmasına keçidlə dövlətimizin qüdrəti, bayrağımızın şöhrəti, millətimizin nüfuzu artırıldı”.
- Hər Sahədə Gücümüzə Güc Qatdıq -
Türkiyənin səhiyyədən təhsilə, texnologiyadan müdafiə sənayesinə, xarici siyasətdən mədəniyyət və incəsənətə qədər bir çox sahədə uğurlarını sürətləndirən bu təşəbbüslərin asan reallaşmadığına diqqət çəkən Altun qlobal idarəetmə və iqtisadi sistemi kökündən sarsıdan epidemiya və müharibələr yaşansa da, Türkiyəni sahib olduğu güclü infrastruktur üzərində böyük bir sıçrayışa hazırlamaq sıçrayışa çox böyük mübarizə aparıldığını bildirib.
“Sərhədlərimizə hücum edən, türk millətinin can və mal təhlükəsizliyinə zərbə vuran bir çox təhlükə ilə mübarizə apardıq. Qlobal böhranlarla yanaşı, məruz qaldığımız ikili standartları və embarqoları fürsətə çevirərək hər sahədə gücümüzə güc qatdıq. Bəz bütün bu maneçilik cəhdlərini aradan qaldıraraq demokratiya və inkişaf inqilablarımızı bir-bir həyata keçirdik. Şübhəsiz ki, Cümhuriyyətimizin birinci yüzilliyindəki nöqsanları aradan qaldıracaq, ikinci əsrə hazırlıq işlərini yekunlaşdıracaq bu sıçrayışların bəhrələri təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədliyyəyə, nəqliyyatdan enerjiyə, kənd təsərrüfatından idmana qədər hər sahədə görülməyə başlanıb. Böyüyən, inkişaf edən, güclənən və zənginləşən Türkiyə daxildə insanlarımızın gələcəyinə ümidlə baxa bildiyi, xaricdə isə izləyən deyil, izlənən ölkəyə çevrilib”, - deyə Altun qeyd edib.
- Türkiyə Əsri Bizim Yeni Nəsillərə Qoyacağımız Ən Böyük Mirasdır -
O bildirib ki, dünyanın tarixi bir transformasiya yaşadığı, yeni və həyati çağırışlarla üzləşdiyi bir atmosferdə bu ildönümü sadəcə dövlətin 2-ci əsrinin başlanğıcını ifadə edən təqvim dəyişikliyi deyil, bundan daha artıq bir məna daşıyır. Bu anlayışla Cümhuriyyəti siyasi, iqtisadi, sosial və diplomatik sahədə millət olaraq arzulanan səviyyəyə çatdıracaq sıçrayışın adının “Türkiyə Əsri” qoyulduğunu qeyd edən Türkiyə rəsmisi sözlərinə belə davam edib: “Bu sıçrayış ölkəmizin və sivilizasiyamızın bütün nailiyyətləri üzərində quracağımız və yeni nəsillərə qoyacağımız ən böyük mirasdır. Türkiyə Əsri proqramımızla Cümhuriyyətimizin 100-cü ilinə millətimizlə birlikdə daha böyük ümidlərlə, daha böyük hədəflərlə qədəm qoyuruq. Bu baxımdan, ilk növbədə ölkəmizin böyük fədakarlıq və səylərlə əldə etdiyi qazanımları qoruyacağıq. Bundan əlavə, ölkəmizin qlobal səviyyədə söz və qərar sahibi olmaq iradəsini gücləndirəcəyik. Siyasi və iqtisadi gücümüzü artırmaqla dünyanın ən böyük iqtisadiyyatları arasında ilk sıralara yüksəlməyə davam edəcəyik. Vətən torpaqlarının hər qarışında əmin-amanlığı artıracaq, millətimizin də dəstəyi ilə inkişaf əzmini yüksəldəcəyik. Biz hər bir vətəndaşımızın layiq olduğu hüquqlara, azadlıqlara və firavanlığa malik olmasını təmin edəcəyik. Türk Əsri ilə Cümhuriyyətimizin ikinci əsrini “kompensasiya deyil, tərəqqi dövrü”nə çevirmək əzmindəyik. Bu motivasiya ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu günə qədər etdiyimiz kimi, bundan sonra da Türkiyə Əsri yanaşması ilə ölkəmizi hər sahədə daha yüksək səviyyəyə çatdırmaq, əcdadlarımızın bizə əmanət etdiyi bu əziz vətənin əbədi olması üçün bütün gücümüzlə çalışmaqdan çəkinməyəcəyik”.
Türkiyə olaraq birinci əsri bütün çətinlikləri və nailiyyətləri ilə geridə qoyduqlarını bildirən F.Altun “Qurtuluş hərbimizin Baş Komandanı və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal başda olmaqla, torpaqların vətən olması uğrunda canlarını heçə sayan şəhidlərimizi, qazilərimizi rəhmətlə yad edir, milli mübarizədəki dastan kimi meydan oxumanın və küllərindən yenidən doğulmanın öncüllərini salamlayırıq. Bizlərə azad nəfəs aldığımız bu vətəni bəxş edən bütün qəhrəmanlarımızı rəhmət və minnətdarlıqla yad edirik”, - deyə vurğulayıb.