AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli prosesdir

  • + A
  • - A
  • 3-11-2023, 20:25

    Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli prosesdir


    Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir. Bu barədə Rusiya Federasiyasının (RF) baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə keçirilən XVI Verona Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

    "Bu məsələ ilə bağlı həmsədrlər Ermənistan və Azərbaycanın baş nazir müavinləridir. Rusiyanın bu prosesdə iştirakına və roluna gəlincə, biz Rusiya tərəfində olan sənədlərin, o cümlədən kartoqrafik sənədlərin təqdim edilməsində hər zaman dəstək verməyə hazırıq" - qeyd edən Overçuk vurğulayıb ki, rəsmi olaraq kommunikasiyaların blokdan çıxarılması üçün işçi qrup mövcuddur.

    "Meğridən keçən dəmir yolunun tikintisinə başlanılması ilə bağlı birgə bəyanatın mətni də böyük ölçüdə mövcuddur. Yolun özünə gəlincə, Azərbaycan artıq İran ərazisindən yan keçməklə avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimiz kimi, Azərbaycanla İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair də memorandum imzalanıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR